Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
 
RePost.Az-ın məlumatına görə, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
 
Azərbaycanın dövlət himni səsləndirilib.
 
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
 
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb.

Baxış sayı: 2478 | Tarix: 12.12.2020
Bizi Telegramda izləyin: @repostaz