MN: Azad edilmiş ərazilərdə bölmələrimizin təminatı yaxşılaşdırılır - VİDEO
Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin təminatının və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür.
Müdafiə Nazirliyindən RePost.Az-a verilən xəbərə görə, eyni zamanda bu ərazilərdəki yaşayış məntəqələri və yüksək dağlıq ərazilərdəki yeni mövqelərdə qoşun xidməti və döyüş növbətçiliyi təşkil olunur.
Xatırladaq ki, sosial şəbəkələrdə işğaldan azad edilmiş ərazilərdə xidmət ədən məhz Müdafiə nazirliyinin tabeçiliyində olan Milli Orduya məxsus bölmələrin təminatı və şəraiti ilə bağlı ciddi problemlərin olması barədə məlumatlar yayılır.