Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların yerləşdirilməsinin 17 dekabrda yeni xəritəsini dərc edib. Əvvəlki xəritə 15 dekabr tarixində yayımlanmışdı.
 
RePost.Az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
 
Qeyd olunub ki, Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi ayrılıb. Əvvəlki xəritələrdə belə bir şey mövcud deyildi.
 
Yenilənmiş xəritəyə əsasən, Azərbaycan Ordusu Xocavənd şəhərinə daha da yaxınlaşıb.

Baxış sayı: 4378 | Tarix: 18.12.2020
Bizi Telegramda izləyin: @repostaz