Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının çox uğurlu olduğunu deyib.
 
TASS xəbər verir ki, bu barədə o, MDB ölkələri Dövlət Başçıları Şurasının onlayn keçirilən iclasında bildirib.
 
"Bu (sülhməramlı missiya) çox uğurla həyata keçirilir, Azərbaycan Respublikasının müvafiq strukturları ilə daim təmasdadır”, - deyə dövlət başçısı qeyd edib.
 
Prezident vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə üçtərəfli bəyanatının imzalanmasından bəri yalnız bir hadisə qeydə alınıb ki, buna da Azərbaycan tərəfinin dediyinə görə, Ermənistan hakimiyyəti tərəfindən idarə olunmayan qondarma qruplaşmalar tərəfindən təhrik edilib.
 
İlham Əliyev qeyd edib ki, hadisə bir gün ərzində həll edilib. Atəşkəsə əməl olunur və bu, hər gün get-gedə daha da güclənəcək.
 
RePost.Az

Baxış sayı: 4473 | Tarix: 18.12.2020
Bizi Telegramda izləyin: @repostaz