Azərbaycanda koronavirus infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 
Son sutkada 40 nəfər COVID-19-dan vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib. Hazırda 51 795 aktiv xəstə var.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 034, bu günə qədər isə ümumilikdə 2 115 991 test icra olunub.

Baxış sayı: 3523 | Tarix: 24.12.2020
Bizi Telegramda izləyin: @repostaz