Qarabağda atəşkəsə nəzarət üzrə monitorinq mərkəzində fəaliyyət göstərəcək Türk əsgərləri Azərbaycana gəlib. 
 
RePost.Az-ın məlumatına görə, mərkəzdə bir general, 60 nəfər isə əsgər və zabit heytəti olacaq. Artıq onlardan 25 nəfərdən ibarət bölük Azərbaycana çatıb. 
 
Yaxın həftələrdə isə digər əsgər və zabit heyətinin mərkəzə yerləşəcəyi bildirilir.
 
Xatırladaq ki, mərkəz Azərbaycan Ordusunun azad etdiyi bölgələrdən biri olan Ağdamda qurulur. Həm Qarabağdakı Rusiya sülhməramlılarından, həm də PUA-lar vasitəsilə əldə olunan məlumatlar mərkəzdə təhlil ediləcək.
 

Baxış sayı: 4036 | Tarix: 26.12.2020
Bizi Telegramda izləyin: @repostaz