Şuşaya yeni polis rəisi təyin olunub.
 
RePost.Az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəmov Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.
 
Qeyd edək ki, S.Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.
 
Bəzi xəbər portalları Səməd Məhərrəməov Nazirlər Kabinetini mətbuat xidməttinin keçmiş rəhbəri Akif Əlinin oğlu olması barədə məlumat yaysalar da, sonuncu bunu təkzib edib.

Baxış sayı: 3713 | Tarix: 29.12.2020
Bizi Telegramda izləyin: @repostaz