Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. 
 
RePost.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif ediliblər.

RePost.Az

Baxış sayı: 2972 | Tarix: 29.12.2020
Bizi Telegramda izləyin: @repostaz