Yeni il ərəfəsində Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırına ziyarətə gedən ermənilərin bir qismi Laçın dəhilzindən geri qaytarılıb. 
 
RePost.Az  istinadən xəbər verir ki, bu barədə Xudavəngi ziyarət etmək istəyən Ermənistan sakini Yevgeniya Yengibaryan öz feysbuk hesabında yazıb.
 
“Milad günü xoşagəlməz hadisə ilə başladı. Rəfiqəm ilə Xudavəngə gedə bilmədik. Ora səfərlərin hər bazar olmasına baxmayaraq, məhz bu gün orada olmaq istədik. Bizim 40 nəfər olmağımıza baxmayaraq, həmçinin ziyarət etmək istəyənlərin sayında məhdudiyyətin olmaması bildirilsə də, bizim tərəf türklərlə yalnız 30 ziyarətçini razılaşdırıb. Nəticədə üçüncü avtobusdan hamını düşürdüblər. Hə, Xudavəngi ziyarət etmək düşmənlə razılaşdırmadan asılıdır. Salam, yeni reallıq. Səninlə necə barışa və dəli olmayasan – məsələ budur”, - o qeyd edib.

Baxış sayı: 2554 | Tarix: 06.01.2021
Bizi Telegramda izləyin: @repostaz