Prezident İlham Əliyevin sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
RePost.Az xəbər verir ki, Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra o, 1995-1997-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilinə yiyələnib. 1997-1999-cu illərdə isə Nərgiz Qurbanova Qərb Universitetinin "Beynəlxalq menecment" ixtisası üzrə magistr təhsili alıb.
 
O, həmçinin 1997-ci ildə Fransanın Nitsa Universitetində "Beynəlxalq hüququ" ixtisası üzrə, 2000-ci ildə isə İsveçin Yonçopinq Beynəlxalq Biznes Məktəbində "Beynəlxalq biznes" ixtisası üzrə təhsil alıb. 2009-cu ildə Avstriyanın Vyana Universitetindən fəlsəfə elmləri doktoru dərəcəsi alıb.
 
Nərgiz Qurbanova 2001-2010-cu illərdə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
 
O, həmçinin 2004-2007-ci illərdə Azərbaycanın Avstriyadakı Səfirliyinə, 2010-2013-cü illərdə isə Azərbaycanın Birləşmiş Ştatlardakı Səfirliyinə ezam olunub.
 
Nərgiz Qurbanova, Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
 
Ailəlidir, bir oğlu var. Azərbaycan, ingilis, fransız və rus dillərini bilir.

Baxış sayı: 4701 | Tarix: 08.01.2021
Bizi Telegramda izləyin: @repostaz