Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfl görüş başlayıb.
 
RePost.Az-ın məlumatına görə, Kremldə keçirilən görüşdə 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə üçtərəfli bəyanatın reallaşdırmasının gedişatının nəzərdən keçirilməsi və regionun problemlərinin həlli üzrə sonrakı addımların müzakirə edilir. 
 
Rusiya Prezidenti Qarabağla bağlı razılaşmanın ardıcıl olaraq həyata keçirildiyini bildirib. O deyib ki, Qarabağdakı uzun müddətdir davam edən münaqişənin hərtərəfli həlli üçün ilkin şərtlərin yaradıldığına inanır. 
 
"Bu gün Qarabağda sülhməramlılar, sərhəd xətləri daxil olmaqla nizamlanma üçün növbəti addımları müəyyənləşdirmək lazımdır. Bölgədə yenidənqurma ilə Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu məşğul olacaq", - deyə Putin vurğulayıb.
 

Rusiya Prezidenti Dağlıq Qarabağda vəziyyətin sakit olduğunu, artıq 48 min məcburi köçkünün geri qayıtdığını diqqətə çatdırıb.

V. Putin bildirib ki, bu gün ötən ilin 9 noyabr tarixli birgə bəyanatdan irəli gələn nizamlanmanın əsas istiqamətləri üzrə növbəti addımların atılmasını qeyd etmək vacib olardı: “Rusiya sülhməramlıları kontingentin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli və mədəni obyektlərin mühafizəsini nəzərdə tuturam”.

Rusiya lideri qeyd edib ki, regionda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına, sərhədlərin açılmasına xüsusi diqqət yetirilməlidir. “Nəzərdə tutulur ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli xüsusi işçi qrup bu məsələlərlə məşğul olacaq”, - deyə V. Putin vurğulayıb.

Rusiya Prezidenti danışıqların işgüzar vəziyyətdə keçəcəyinə və regionda möhkəm sülhün, təhlükəsizliyin və ardıcıl sosial iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəyinə ümid etdiyini bildirib: “Biz hamımız sözsüz ki, bunda maraqlıyıq”.

 

Baxış sayı: 3542 | Tarix: 11.01.2021
Bizi Telegramda izləyin: @repostaz