Azərbaycan Milli Elmlər Akademiyasının institutlarda Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifəsi yaradılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov bildirib.
 
O bildirib ki, akademiyada aparılan islahatlar hələlik başlanğıcdır:
 
“İslahatlar tamamlandıqdan sonra normativ hüquqi aktların və AMEA-nın Nizamnaməsinin yenidən işlənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”.
 
Alim islahatların davamı olaraq, hazırda Akademiyanın qurumlarında daxili yoxlamaların aparıldığını diqqətə çatdırıb.
 
O bildirib ki, yoxlama ilkin olaraq, Fizika İnstitutunda aparılıb və nöqsanlar aşkar edilərək müəyyən qərar qəbul olunub.

Baxış sayı: 4169 | Tarix: 19.01.2021
Bizi Telegramda izləyin: @repostaz