Türkiyədə 58 yaşlı adam nəvəsini satarkən həbs olunub.

RePost.Az xəbər verir ki, hadisə Zonquldağ vilayətində baş verib.

Ahmet M. adlı şəxs doğum sancısı tutan qızı 24 yaşlı qızı Bilge M.-nı xəstəxanaya aparıb.


Bilge M. xəstəxanada xəstəxanada həkimlərə atasının uşağı doğulan kimi başqa ailəyə satacağını bildirib. Polis əməkdaşlarının gəlişindən şübhələnən Ahmet M.  qızı ilə birlikdə qaçmaq istəsə də saxlanılıb.

Təkrar xəstəxanaya yatırılan Bilgə.M isə dünyaya oğlan uşağı gətirib.

İstintaq nəticəsində aydın olub ki, qızın atası nəvəsini Zonquldağın Kozlu bölgəsində yaşayan S.S. və C.S. adlı şəxslərə 5 min lirəyə (təxminən 2500 manat) satmaq üçün razılaşıb.


Baxış sayı: 5271 | Tarix: 10.02.2017
Bizi Telegramda izləyin: @repostaz