YAP-çı millət vəkili Siyavuş Novruzovun televiziyaların birinin efirindən götürülmüş şəkli dünəndən etibarən sosial şəbəkələrdə müzakirə olunur.
RePost.Az xəbər verir ki, sözügedən şəkildə millət vəkili xeyli zəifləmiş və arıq halda görünür. Bu da istifadəçilər arasında millət vəkilinin sağlamlığında problem olması məsələsini gündəmə gətirib.
"Qafqazinfo” sözügedən fotoyla bağlı S. Novruzovla əlaqə saxlayıb. S. Novruzov şəkil barədə bunları deyib:
"Birincisi, mənə nə olub, ya da olmayıb, bunun kimə aidiyyatı var? Mətbuat gör nə günə düşüb ki, belə məsələləri müzakirə edir. Güllə ilə vurulmamışam, avtomobil qəzasına düşməmişəm.
İkincisi, uşaqdan böyüyə kimi hamının səhhətində müəyyən problemlər yarana bilər və bu çox normal haldır.
Üçüncüsü, mən istirahətdən yeni qayıtmışam. Sağlam həyat tərzi sürürəm. İdmanla və dieta ilə çəki atıram. Hazırda da öz işimin başındayam. Hər şey qaydasındadır”.
RePost.Az