Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyində, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər və digərlərinin iştirakı ilə videokonfrans formatında iclas keçirilib.
 
RePost.Az-ın Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasa 30 yanvarda fəaliyyətə başlayan Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzində xidmət edən türkiyəli general da qatılıb.
 
Vəziyyətlə bağlı təqdimatla çıxış edən generala nazir Hulusi Akar müxtəlif tapşırıqlar verib.
 
"Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin köməyi ilə atəşkəsin davamlı olmasına, sabitliyin təmin edilməsinə və sülhün bölgədə hakim olmasına ümid edirik. Bölgədəki ölkələrin qarşılıqlı olaraq bir-birlərinin haqq və mənafelərinə hörmət etməsinə, beynəlxalq hüquq çərçivəsində firavan şəkildə yaşamalarına ümid edirik. İstəyimiz budur. Bu məsələni cənab prezidentimiz dəfələrlə vurğulayıb. Bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti cənab Vladimir Putinlə də müzakirə olunub. İstəyimiz bölgədə sülh və sabitliyin hökm sürməsidir”, - deyə türkiyəli nazir vurğulayıb.

Baxış sayı: 4207 | Tarix: 01.02.2021
Bizi Telegramda izləyin: @repostaz