Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
 
RePost.Az-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
 
general-polkovnik ali hərbi rütbəsi
 
general-leytenant Arzu Yusif oğlu Rəhimova
 
general-mayor ali hərbi rütbəsi
 
polkovnik Azad Hüseyn oğlu Əliyevə
 
polkovnik Natiq Sahib oğlu Qarayevə.

Baxış sayı: 2744 | Tarix: 02.02.2021
Bizi Telegramda izləyin: @repostaz