14:22

Bir sıra KİV-də sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun həbs edilməsi və bu barədə S. Müslümovun yaxınlarının məlumatı təsdiqlədiyi ilə bağlı xəbərlər yayılıb.
 
Məlumatda bildirilir ki, sabiq nazir sürücüsü və yaxın qohumu ilə birlikdə saxlanılıb.
 
RePost.Az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən S.Müslümovun atası Yanvar Müslümov yayılan məlumatları təkzib edib.
 
O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bəzi saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah, yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıbsa, bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır".
 
 
12:00
Sabiq nazir Səlim Müslümov həbs edilib.
 
RePost.Az "unikal.org"a istinadən xəbər verir ki, keçmiş məmur hüquq mühafizə orqanları tərəfindən korrupsiya faktlarının araşdırılması ilə bağlı saxlanılıb.
 
Qeyd edək ki, S.Müslümov DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.
 
Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən o, vəzifəsindən azad edilib.

Baxış sayı: 4473 | Tarix: 03.02.2021
Bizi Telegramda izləyin: @repostaz