Erməni faşist Qaregin Njdenin Azərbaycanın Xocavənd şəhərində yeni qoyulan heykəli götürülüb.
 
RePost.Az xəbər verir ki, bunu müstəqil deputat Sofya Ovsepyan bildirib.
 
“Heykəl dəqiq sökülüb və Tarix Muzeyinə aparılıb, habelə heykəl Azərbaycanın tələbindən sonra götürülüb" deyə o vurğulayıb.
 
Qeyd edək ki, sentyabrın 27-də Qarabağda başladılan “Dəmir yumruq” əməliyyatı nəticəsində Xocavənd rayonunun böyük hissəsi erməni işğalından azad olunub. Rayon mərkəzi hazırda ermənilərin və Rusiya sülhməramlılarının nəzarəti altındadır. Noyabrın 10-da əldə olunan atəşkəs razılaşmasından sonra ermənilər Xocavənd şəhərində Qaregin Njdenin abidənin açılışını etmişdilər.

Baxış sayı: 4397 | Tarix: 12.02.2021
Bizi Telegramda izləyin: @repostaz