“Azərbaycan sahibkarları kömək etməsə, Qarabağın dirçəlişinə nail ola bilməyəcəyik”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, sahibkarlığın inkişafı ilə bağlı hökumət konkret müddəalar ortaya qoymalıdır: “Sahibkarlara dəstək olmaq lazımdır. Bu sahədə yoxlamaların daha bir il dayandırılması sahibkarlığı inkişaf etdirməyəcək. Hökumət konkret təkliflər hazırlasın, biz ona dəstək olaq. Sahibkarlıq inkişaf etdirilməli, bu sahə dirçəlməlidir. Sahibkarlıq yerləri açılmalıdır”.