Azərbaycan Ordusunun birlik komandiri general-leytenant Rövşən Əkbərovun yerinə təyinat olub. 
 
RePost.Az xəbər verir ki, onun yerinə general-mayor İlqar Lətifov təyin olunub.
 
İlqar Lətifov bu təyinata qədər sözügedən hərbi birləşmənin qərargah rəisi vəzifəsində xidmət aparıb.
 
Xatırladaq ki, Vətən Müharibəsində müəmmalı şəkildə yoxa çıxan Rövşən Əkbərovun bu günlərdə vəzifəsindən azad edilməsi haqqında rəsmi məlumat yayılıb. 
 
Onun digər general Xəqani Səfərov, baş qərargah rəisi Nəcməddin Sadıqovla birlikdə satqınlıq etməsinə dair şayilər yayılmışdı. Lakin bununla bağlı heç bir rəsmi açılama verilməyib və təsdiqini tapmayıb. Yalnız Nəcməddin Sadıqovun Moskvada açıq ürək əməliyyatı edilməsinə dair məlumat yayılıb.

Baxış sayı: 4188 | Tarix: 13.02.2021
Bizi Telegramda izləyin: @repostaz