Bir qrup rusiyalı və yerli jurnalist Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzini ziyarət edib.
 
RePost.Az Trend-ə istinadla məlumat verir ki, mərkəzdə 24 saat fasiləsiz olaraq atəşkəsə nəzarət tədbirləri həyata keçirilir. Mərkəzin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları var. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunub.
 
Həmçinin, mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza da var. Ərazidə generator, avtomobil dayanacağı, iki ədəd idman şəhərciyi, ərzaq və soyuducu anbarlar yerləşir.
 
Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.
 
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan ordusu tərəfindən həyata keçirilir.


RePost.Az

Baxış sayı: 4283 | Tarix: 14.02.2021
Bizi Telegramda izləyin: @repostaz