“Biz bir nəfər kimi Heydər Əliyev və İlham Əliyev dəyərlərinə borcluyuq və elə də olmalıdır”.
RePost.Az-ın məlumatına görə, bu sözləri AMEA-nın rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının VII qurultayında jurnalsitlərə açıqlamasında deyib.
Onun sözlərinə görə hazırda prezidentə sadiq olmayan məmurlar yoxdur:
“5-ci kalon məsələsini ortaya atıblar. Doğurdan da ölkə başçısına sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə, indi və əvvəlki vaxtdada cənab prezidentə sadiq olmayan məmurlar yoxdur. Yəni mən tanımıram. Çünki Azərbaycanın gələciyi budur və bu yoldur”.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) qapalı şəraitdə VII qurultayı başa çatıb. Qurultayda Siyasi8 Şura ləğv edilib. 5-ci kalonun rəhbəri olduğu ehtilam edilən Ramiz mehdiyev və Siyavuş Novruzov partiyanın İdarə Heytəindən xaric olunublar.
Xatırladaq ki, 5-ci kalonla bağlı dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev də çıxışları olub.