Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.
RePost.Az xəbər verir ki, bununla bağlı birinci xanım Mehriban Əliyeva şəxsi "Instagram" səhifəsində görüntülər paylaşıb.
"Əziz bacılar və qardaşlar!
Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN", - paylaşımda belə deyilir.