"Azadlıq" qəzetinin həbsdə olan bölgə müxbiri Elçin İsmayıllı əfv olunub.
 
RePost.Az xəbər verir ki, o, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv edilib.
 
Beləliklə, 1978-ci il təvəllüdlü E.İsmayıllı cəzasının çəkilməmiş hissəsindən azad edilib.
 
Qeyd edək ki, İsmayıllı Elçin Səməd oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 18 sentyabr tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli sayılıb.

Baxış sayı: 4112 | Tarix: 18.03.2021
Bizi Telegramda izləyin: @repostaz