Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Babək Həsənov və partiyanın gənc fəalı Orxan Baxışlı əfv edilib.
Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında onun da adı var.
Qeyd edək ki, O.Baxışlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 18 sentyabr tarixli hökmü ilə 6 il, B.Həsənov isə həmin məhkəmənin 2019-cu il 27 fevral tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.