“26 mart tarixində bir sıra KİV-də və sosial media səhifələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət konservlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləşdirilib”.
 
Bu barədə Dövlət Sərhəd Xidmətindən RePost.Az-a verilən məlumatda bildirilir.
 
“Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır.
 
Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir”, - deyə açıqlamada qeyd olunub.

Baxış sayı: 4492 | Tarix: 27.03.2021
Bizi Telegramda izləyin: @repostaz