Türkiyə Azərbaycana yeni səfir təyin edib. 
 
RePost.Az-ın Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Sərəncama əsasən, Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı olacaq. 
 
R. T. Ərdoğanın qərarlarıyla ümumilikdə 10 səfir geri çağırılıb, 13 ölkəyə isə yeni səfir təyin edilib. 
 
Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb.
 
Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.

Baxış sayı: 3979 | Tarix: 03.04.2021
Bizi Telegramda izləyin: @repostaz