“Minaların ətraf mühitə də ciddi təsiri var, minalar yer altında uzun müddət qaldıqda torpaq kimyəvi çirklənməyə məruz qalır”.
 
RePost.Az-ın məlumatına görə, bunu bu gün ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən tədbirdə sualları cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, minaların humanitar təsiri də var, insanların həyatına təsir edir: “Minalar ona görə basdırılır ki, qurbanını tapsın. Mina xəritələrini gizlətməklə Ermənistan Azərbaycanın mülki vətəndaşlarını öldürməyə davam edir. Bu, beynəlxalq hüququn pozulması, hərbi cinayətdir. Biz beynəlxalq təşkilatlara müraciət edirik. Bu, azərbaycanlıların torpaqlarına qayıtmasının qarşısını alır. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də mane olur. Biz ikitərəfli görüşlərdə də bu məsələni qaldırırıq”.

Baxış sayı: 4093 | Tarix: 05.04.2021
Bizi Telegramda izləyin: @repostaz