Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş”i təsdiqləyib.
 
RePost.Az xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb. 
 
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il mayın 15-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” Fərman imzalayıb.
 
Xatırladaq ki, saziş 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanıb.

Baxış sayı: 4340 | Tarix: 22.04.2021
Bizi Telegramda izləyin: @repostaz