Artıq türklər və ermənilər olaraq bütün maneələri birlikdə aşmaq üçün inkişaf etdiyimizi nümayiş etdirməliyik.
RePost.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin erməni patriarxı Sahak Maşalyana məktubunda bildirib.
"Hamınızın da bildiyi kimi, bu məsələdə həmişə səmimi davranmış və məsələni öz məcrasında həll etməyə çalışmışıq. Ermənistanla münasibətlərimizi mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirməyə hazır olduğumuzu həmişə müxtəlif vaxtlarda bildirmişik. Qarabağ böhranının həllindən sonra bu çağırışımızı yüksək səslə bir daha yenilədik. Eyni çağırışı təkrar edirəm", - Ərdoğan qeyd edib.