Hüseynbala Mirələmovun ADNSU-nin rektorluq vəzifəsinə namizədlik irəli sürdüyü üçün universitet rəhbərliyinin videonu yaydığı iddia olunur.
RePost.Az xəbər verir ki, bununla bağlı Hüseynbala Mirələmovun yaxını açıqlama verib.
O bildirib ki, həmin video universitetin elm şurasının video konfransından qeydə alınıb. Sözügedən konfransda həmçinin universitet rəhbərliyinin də iştirak etdiyi videodan məlumdur və bu videonu ancaq orda iştirak edən şəxslərdən biri yaya bilər.
Məhs həmin videonun Hüseynbala Mirələmovun rektorluq vəzifəsinə namizədliyini verdiyi ərəfədə ortaya çıxması, univeristet rəhbərliyinin qərəzli mövqeyindən irəli gəlir və heç şübhəsiz ki, bunu edən elə univeristet rəhbərliydir.