Azərbaycan Liberal Partiyası ABŞ prezidenti Co Baydenin 24 aprel çıxışında, qondarma ermən soyqırımını tanıması ilə əlaqədar bəyanat imzaladı.
RePost.Az xəbər verir ki, bu bəyanatı ALP sədri Avaz Temirxan öz Facebook hesabında paylaşıb.
Bəyanatda deyilir:
“Amerika Birləşmiş Ştatlarının prezidenti Bayden bu il 24 aprel çıxışında Birinci Dünya Müharibəsi zamanı, 1915-ci ildə, Osmanlı Türkiyəsində faciəli hadisələri, birtərəfli və qərəzli yanaşma ilə, tarixi faktlara və tarixi araşdırmalara söykəyməyən cəfəng "erməni genosidi" adlandırmışdır.
Professor Lalə Şövkət başda olmaqla Azərbaycan Liberal Partiyası ABŞ prezidenti tərəfindən "soyqırım" sözünün işlədilməsini türk xalqına, Türk və İslam Dünyasına qərəzli münasibəti, türkənifrətin əsirinə çevrilmiş tarixi səhv sayır.
Bayden superdövlətin prezidenti kimi dünya siyasətini ABŞ-ya və onun dəyərlərinə qarşı dəyişəcək bir xətaya yol açdı. Onun belə bir məsuliyyətsiz bəyanatı bizi təəcübləndirdi və təəssüfləndirdi.
Liberal Partiya ABŞ prezidentinin bu bəyanatını qətiyyətlə pisləyir və hesab edir ki, bu mövqe təkcə ABŞ-Türkiyə münasibətlərinə deyil, ABŞ-Azərbayan, ABŞ-Türk Dünyası münasibtlərinə ciddi zərbə vuracaq. Bu isə Türkiyə Cümhuriyyətini, Azərbaycanı və bütövlükdə Türk Dünyasını ABŞ-a güvənməməyə vadar edəcək, Rusiya, Çin, İran və ABŞ-la xoş münasibətlərdə olmayan başqa ölkələrlə yaxınlaşmasına sövq edəcək.
ALP hesab edir ki, yaranmış çox təhlükəli vəziyyətdə Azərbaycan iqtidarın bütün məsələlərdə Türkiyə Cümhuriyytinin yanında olmalı, onunla uzlaşdırılmış xarici siyasət yeritməli, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşdırılmasına, onunla birgə çalışmalıdır.
ALP hesab edir ki, belə vəziyyətdən ən doğru tarixi çıxış yolu bütün Türk Dünyasının, habelə İslam Dünyasının birləşməsidir.