Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub.
 
RePost.Az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Rövşən Quliyev məlumat verib.
 
O, atasının iki gün əvvəl “Yeni klinika”ya yerləşdirildiyini deyib:
 
“Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.

Baxış sayı: 4948 | Tarix: 26.04.2021
Bizi Telegramda izləyin: @repostaz