Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilib və Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.
Bakı Şəhər İcra Hakimiyyətindən RePost.Az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin 13 aprel tarixli Sərəncamına əsasən, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilib.
Dəyişikliyə əsasən, bundan sonra Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılacaq.