11 may tarixində Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə düşən hissədə yol ötürücü üzərində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən RePost.Az-a verilən məlumata görə, sözügedən ərazidə işlər yekunlaşandan sonra Mikayıl Əliyev küçəsindən Heydər Əliyev prospektinə düşən hissədə də yol ötürücüsü üzərində təmir işlərinin aparılması planlaşdırılır.
Bu səbəbdən təmir işləri aparılan müddətdə yol ötürücüləri üzərində hərəkət məhdudlaşdırılacaq.
Təmir işlərinin axşam saatlarınadək aparılıb yekunlaşdırılması nəzərdə tutulur.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.