Şuşa şəhəri Dövlət Qoruğuna əlavə dəstək məqsədilə vergi və digər məcburi ödənişlərdən mümkün maliyyələşmə üçün zəmin yaradılacaq.
RePost.Az-ın məlumatına görə, bu, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Şuşa şəhəri Dövlət Qoruğunda hüquq mühafizə və məhkəmə orqanları istisna olmaqla, digər orqanların öz xidmətlərini üç inzibati binadan (ASAN, DOST və KOB Evləri) və ya yalnız elektron qaydada göstərəcəyi nəzərdə tutulur.