81 saylı Beyləqan Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Şahin İsmayılovun Kəbirli kəndindən qovulub.
RePost.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İnsidentlə bağlı yayılan videodan da bəlli olur ki, seçicilər millət vəkilinə onlarla maraqlanmadığına görə, iradlarını bildirirlər. Eyni zamand kadrlardan istər millət vəkilinin, istərsə də yığılan kütlənin karantin qaydalarının tələblərini kobud şəkildə pozduğqları görünür.
Deputat Şahin İsmayılovun ofisi isə məlumatı təkzib edib. Ofisdən verilən açılamada bildirilib ki, baş verən hadisə təxribat xarakterli olub. Buna baxmayaraq, planlaşdırılan tədbir baş tutub.