Mayın 27-si gecə saatlarında Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində təxribat törətməyə çalışarkən Azərbaycan Ordusu tərəfindən əsir götürülən altı erməni hərbçinin fotoları yayılıb.
 
RePost.Az xəbər verir ki, həmin görüntülər sosial şəbəkədə paylaşılıb.
 
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Mayın 27-də saat 03.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. 
 
Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.
 
Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Baxış sayı: 4207 | Tarix: 27.05.2021
Bizi Telegramda izləyin: @repostaz