Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranıb.
 
RePost.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Görüntülərdən məlum olur ki, vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildirirlər.
 
Bu zaman bir neçə vətəndaş M.Məmmədovla görüşü lentə almaq istəsə də, o, telefonların yığışdırılması barədə göstəriş verir.
 
Xatırladaq ki, Vətən müharibəsi dövründə də Tərtərin icra başçısının vətəndaşlara, hətta əsgərlərə kobud davranışı ilə bağlı xəbərlər yayılmışdı.

Baxış sayı: 3086 | Tarix: 31.05.2021
Bizi Telegramda izləyin: @repostaz