Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova vəzifəsindən ayrılıb.
 
RePost.Az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
 
Məmmədova bu xəbəri rəsmi iş məzuniyyəti bitdikdən sonra bölüşməyi planlaşdırdığını söyləyib: "Xəbərin yayıldığını nəzərə alaraq bildirirəm ki, 21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam".
 
Məmmədova rəsmi iş məzuniyyəti bitdikdən sonra nazirliyə qayıtmayacağını vurğulayıb: "Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq nazirim Azad Rəhimov mənim mənəvi atam, dostum, qardaşım, böyük məktəbim, həyatım boyu haqqında qürurla danışacağım doğmam oldu. Bundan sonrakı dönəmdə də hər kəsə böyük uğurlar, can sağlığı arzu edir, bir daha nazirliyin fəaliyyətində göstərdiyiniz dəstək və dostluğunuz üçün təşəkkürümü bildirirəm"

Baxış sayı: 4207 | Tarix: 02.06.2021
Bizi Telegramda izləyin: @repostaz