Portuqaliya - İsrail yoldaşlıq matçında Kriştiano Ronaldo bərbad cərimə zərbəsi ilə gündəm olub.
RePost.Az xəbər verir ki, matçın 40-cı dəqiqəsində 36 yaşlı hücumçu cərimə zərbəsi üçün topun arxasına keçib. Lakin vurduğu top qapıdan xeyli aralı keçib. Ronaldonun bu zərbəsi sosial şəbəkələrdə gülüş hədəfi olub.