Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb.
 
Fövqəladə Hallar Nazirliyindən RePost.Az-a bildirilib ki, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyəyə doğru hərəkət edir.

Baxış sayı: 5043 | Tarix: 01.08.2021
Bizi Telegramda izləyin: @repostaz