Daş, gil, torpaq və s. Bunlar gündəlik istifadə etdiyimiz içməli suyun tərkinbində olan gözlə gördüyümüz şeylərdir. Gözlə görmədiyimiz nələrin olduğunu isə mütəxəsislər daha yaxşı bilirlər. Doğrudur, rəsmi qurumlar suyun çirkli olması ilə bağlı iddialarla razılaşmasalar da, Azərbaycanda mövcud olan mədə-bağırsaq, böyrək və öd xəstəliklərinin əmələ gəlmə səbəbləri arasında içməli suyun xüsusi payı var. Ona görə də, bir çox şəxslər öz sağlamlığının qeydinə qalaraq qablaşdırılmış sulardan və su filtrlərindən istifadə edirlər. Amma son zamanlar bu qurğuların da xeyirli və ya ziyanlı olması barədə mübahisəli məlumatlar çoxalmaqdadır.
Su filtrlərinin satışı və quraşdırılması ilə məşğul olan Dinamik Ocean şirkətinin satış müdiri Samir Məmmədov filtrlərin suyun tərkibindəki lazımlı mineralları yox edərək yararsız vəziyyətə gətirdiyi iddiaları ilə bağlı şübhələrə aydınlıq gətirib:
“Əvvəla onu qeyd etmək istəyirəm ki, şəbəkədən gələn suya çirkli demək doğru deyil. Çünki su mənbəyində dövlət qurumları tərəfindən təmizlənir. Suyu mənzillərə çatdıran borulardan çox güman suya qatışıqlar qarışır və nəticədə su “ağırlaşır”, cod hala gəlir. Su müxtəlif qatışıqlar, duz və ağır metal birləşmələrlə zənginləşir. Suyun tərkibindəki xlor suyu bakteriyalardan qoruya bilər, lakin xlor birləşmələrinin zərərli olduğunu bildirsək yanılmarıq. Suda həll olmuş qatışıqların miqdarı 100 l/mg-dək olarsa, bu su gündəlik içmək üçün ideal, yəni ən uyğun süfrə suyu sayılır. Bu göstərici TDS adlı cihazla yoxlanılır. Ancaq bizə şəbəkədən gələn suyun dərəcəsi 250, 280-300-ə kimi qalxır. Minerallaşdırıcı filtr isə suya natrium-Na, kalsium-Ca, Maqnezium-Mg, kalium-K kimi mineralları ötürmək üçün nəzərdə tutulub. Minerallaşdırıcının tərkibində adətən mineral daşlardan ibarət halqavari platalar olur ki, su bu hissədən keçərkən minerallaşır. Mineral filtrin çıxışında isə xüsusi nano süzgəç yerləşir ki, suya mineralları ölçülü şəkildə ötürə bilsin”.
Təbitdəki mineralların üzvi və qeyri-üzvi olduğunu xatırladan satış müdiri bildirir ki, ilk öncə bu minerallar arasındakı fərqi ayırmaq gərəkdir. Çünki onların insan orqanizminə təsiri də dəyişkənlik göstərir.
Alman tibb elmləri üzrə professor Barbara Hendel “Təmiz su” (“Wasser vom Reinsten”) kitabında qeyd edir ki, sudakı minerallar qeyri-üzvi haldadır. Qeyri-üzvi minerallar mineral mənşəli “daşlardır”. Bu minerallar orqanizm tərəfindən çox çətinliklə həzm edilir və mənimsənilir. Orqanizmimiz bu mineralların yalnız 5%-ni emal etmək iqtidarındadır. Mineral qatışıqların böyük hissəsi isə həzm olunmadığından ilk növbədə ifrazat sisteminə zərbə vurur. Sözsüz ki, zərərli sayılan bu maddələr orqanizmimizə daha çox ziyan vurmasın deyə böyrəklər tərəfindən saxlanılır. Bu da kristallaşmaya və ifrazat yollarının kirəcləşməsinə səbəb olur. Vannadakı kalsiumun (Ca) yaratdığı kirəcin necə çətinliklə təmizləndiyi hər kəsə məlumdur. İnsan orqanizmində də eyni proses baş verir. Tədricən orada yığılan bu maddələr (qum və daşlar halında) böyrəklərin faliyyətini zəiflədir, öd kisəsinə dağıdıcı təsir göstərir. Nəticədə öd kisəsi iltihabı qaçınılmaz olur. Problem böyrək və öd kisəsi ilə başlayır, tədricən digər orqanlara (mədə, qaraciyər, bağırsaqlar və s.) da yayılmağa başlayır. Suda olan ağır metallar (qurğuşun, aluminium, sink, dəmir, mis və s.) daxili orqanlarımıza xüsusilə ağır “zərbələr” vurmaq gücünə sahibdirlər.
Məsələn, kalsium tromb yaradaraq qan damarlarını tutur və damarların varikoz genişlənməsinə səbəb olur. Bənzər patalogiya digər orqanlarda da ortaya çıxa bilir.
Bu mineral qatışıqlar beyində və ürəkdə bir sıra baş ağrısı, ürək çatışmazlığı, aritmiya,taqətsizlik, yorğunluq, stres, insult və infarkt kimi fəsadlara, oynaqların elastikliyinin azalmasına səbəb olur.
Barbara Hendelin qeyd edir ki, suda olan mineralların yalnız 5%-i ion, yəni sərbəst, birləşməmiş haldadır. Məhz ona görə də asanlıqla mənimsənilir və maddələr mübadiləsinə qoşulur. Sudakı bu “həzmolunan” mineralların miqdarı isə insanın gün ərzində qida ilə qəbul etdiyi ümumi mineral miqdarı ilə müqayisədə əhəmiyyətsiz dərəcədə azdır. Buna görə də suyun həyat üçün əhəmiyyətli mineral mənbəyi olduğu düşüncəsi tamamilə yanlış fikirdir.
Orqanizmimizə lazım olan yalnız üzvi minerallarıdır.
Üzvi minerallar qəbul etdiyimiz qidanın tərkibində üzvi şəkildə birləşmiş halda olduğundan orqanizmimiz tərəfindən asanlıqla mənimsənilir. Məhz bu minerallar hüceyrələrin yaranmasını və bərpasını təmin edir. Sağlamlıq üzrə amerikalı mütəxəssis Paul Bragg “Su haqqında heyrətamiz həqiqətlər” (“Water the shocking truth”) kitabında qeyd edir ki, yalnız bitkilər (fotosintez zamanı) torpaqdan qeyri-üzvi mineralları qəbul edib, üzvi minerallara çevirə bilir. İnsan orqanizmi isə bu mineralları mənimsəyə bilmir. Bizim vücudumuz qeyri-üzvi mineraları mənimsəmək üçün uyğunlaşmayıb. Bu mineralları qəbul etmək orqanizmimizə yalnız ziyan verir.
Deməli, su mineral mənbəyi deyilsə, nədir?
Bu suala Avstriyalı tibb üzrə professor Franz Heininger “İçməli su” (“Trink Wasser”) elmi araşdırmasında belə cavab verir: “Suyun əsas funksiyası qida maddələrini həll etmək və hüceyrələrə çatdırmaq, hüceyrələrin fəaliyyəti zamanı yaranan tullantıları bədəndən çıxarmaqdır”.
Paul Bragg isə deyir ki, “sağlam olmaq üçün şəbəkə sularında, göllərdə, çaylarda, su quyularında həll olmuş qeyri-üzvi mineral qatışıqları olan suyu deyil, içməli suyu için. Bu su mineral qatışıqlardan və ağır metallardan təmizlənmiş saf sudur”.
“Su filtrlərindən qorxmayın”
Bunları əsas tutan Samir Məmmədov qeyd edir ki, təmizləyici qurğu suyu gündəlik içiləcək saf vəziyyətə gətirirr:
“Bu qurğu sağlamlığa xidmət edir. Bu qurğunun ilk istifadəçisi elə biz özümüzük. Biz qurğunu qurlaşdırdıqdan sonra müştərilərimizlə əlaqəni kəsmirik. Dinamik Ocean şirkəti olaraq daim istifadəçimizin qayğısına qalırıq. Bütün xidmətlərimizlə müştərinin razı qalmasına çalışırıq. Servisimiz 24 saat müştərilərimiz üçün aktivdir. Qurlaşdırdığımız hər hansı istifadəçinin qurğusunda problem yaranarsa, axşam gec saatlar da olsa nümayəndəmizi göndəririk və yaranmış problemi aradan qaldırırıq