"Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısının alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır".
 
Bu barədə RePost.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
 
"Həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.

Baxış sayı: 5062 | Tarix: 04.08.2021
Bizi Telegramda izləyin: @repostaz