Şərqi Azərbaycan əyalətinin Sarab şəhərindən olan sosial media fəalı Rza Əsgəriyan saxlanılıb. Təhlükəsizlik məmurları tərəfindən saxlanılan fəal naməlum yerə aparılıb.
 
RePost.Az Günaz.Tv-yə istinadən xəbər verir ki, onun “Sarablılar” "insraqram" hesabında etdiyi paylaşımlara görə saxlanıldığı ehtimal edilir.
 
Lakin onun rəsmi olaraq nədə ittiham edildiyi və harada saxlanıldığı barədə məlumat yoxdur.
 
Təsdiq olunmamış bir sıra qeyri-rəsmi məlumatlara görə, R.Əsgəriyan “din və hökumət əleyhinə məlumatlar yaydığına görə” saxlanılıb.
 
Bundan öncə 6 avqust, cuma günü SEPAH-a yaxınlığı ilə tanınan İranın “Fars” xəbər agentliyi “təhlükəsizlik məmurları “Sarablılar” sosial media hesabını idarə edənləri həbs etdi”-deyə, xəbər yayınlamışdı.
 
 Xəbərdə saxlanılanların kimliyi açıqlanmasa da sonradan onlardan birinin Rza Əsgəriyan olduğu bəlli olub.
 
Bu həbslərə görə Sarab şəhərinin cümə imamı Əli Əkbər Əkrəmi təhlükəsizlik məmurlarına öz təşəkkürünü bildirib.

Baxış sayı: 4834 | Tarix: 09.08.2021
Bizi Telegramda izləyin: @repostaz