“Sərhədlərin demarkasiyası ilə bağlı işlər aktivləşdirilməlidir”.
 
RePost.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin demarkasiya-delimitasiyası ilə bağlı danışarkən deyib.
 
11:24
Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.
 
RePost.Az “TASS”a istinadən xəbər verir ki, o, bunun üçün ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib.
 
“Yerevan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpasına hazırdır”, - N.Paşinyan söyləyib.
 

Baxış sayı: 5727 | Tarix: 12.08.2021
Bizi Telegramda izləyin: @repostaz