Özünü Elçibəyin davamçıları hesab edən partiya sədrləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurucusu Əbülfəz Elçibəyin anım günü onun məzarını ziyarət etməyiblər. 
 
RePost.Az xəbər verir ki, bu ilin 22 avqust tarixində AXCP-də daxil olmaqla ondan ayrılan heç bir partiyanın lideri Elçibəyi məzarı başında anmayıb. BAXCP isitsna olmaqla sözügedən partiyaların liderləri sosial media hesablarında Elçibəylə bağlı paylaşım belə etməyiblər. KAXCP sədri ötən ilki paylaşımını yeniləməklə kifayətlənib. Ən çox Elçibəyin adından istifadə edən Əli Kərimli isə paylaşım etməyi də unudub. 
 
Bununla bağlı partiya sədrlərinə sosal media hesablarından sorğu göndərdik. KAXCP və AXCP-dən sorğuya cavab  verilməsə də, BAXCP-dən Qüdrət Həsənquliyevin Bakıda olmadığı bildirilib. ”Qüdrət bəy üzürlü səbəbdən Bakıda olmadığına görə iştirak edə bilməyib. Qüdrət bəyin tapşırığı ilə 3 müavini və Ali Məclisin sədr 22 avqusta Elçibəyin qəbrini ziyarət edib”, - deyə BAXCP sədrinin müvini Niyamədiin Orduxanlı əlavə edib. 

Baxış sayı: 5309 | Tarix: 24.08.2021
Bizi Telegramda izləyin: @repostaz