Azərbaycan hərbçiləri dövlətlərarası Gorus-Qafan yolunu bağlayıblar.
RePost.Az xəbər verir ki, bu barədə bu barədə Ermənistanın hüquq müdafiəçisi Arman Tatoyan məlumat yayıb.
Ermənistan tərəfi yolun açılması üçün işlərin davam etdirildiyini açıqlayıb və öz vətəndaşlarını yalnız rəsmi məlumatlara inanmağa çağırıb. Sözügedən yolda hərəkət tam dayanıb.
Məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti də təsdiq edib. Xidmətin yaydığı məlumata görə, avqustun 25-də, saat 23:00 radələrində Qafan-Gorus avtomobil yolunun Dərbənd-Şurnux ərazisindən keçən hissəsi bağlanıb və nəqliyyat vasitələri təxliyə edilib.
Məlumatda o da qeyd olunur ki, Rusiya sülhməramlılarının iştirakı ilə aparılan danışıqlar nəticəsində mülki nəqliyyat vasitələrinin keçməsinə icazə verilib, lakin yol hələ də bağlı saxlanılır.