Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır.
RePost.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Facebook" səhifəsində qeyd edib.
Onun sözlərinə görə, Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq.