Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən I Qarabağ müharibəsi zamanı Erməni Silahlı Qüvvələrinin törətdiyi daha bir cinayət faktı aşkarlanıb.
 
RePost.Az xəbər verir ki, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı ermənilər Başlıbel kəndində dinc əhaliyə qarşı qırğın törədiblər.
 
Baş Prokurorluğun apardığı istintaq zamanı ermənilərin Başlıbeldə mülki əhaliyə qarşı etdiyi xüsusi amansızlıq öz təsdiqini tapıb.
 
Qətlə yetirilənlərdən 12 nəfərin cəsədi II Qarabağ müharibəsindən sonra eskhumasiya edilərək Bakıya - Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilərək istintaq aparılıb.
 
Meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülən DNT analizlərinin nəticələri onların ermənilər tərəfindən güllələnərək qətlə yetirildiyini sübut edib.
 
Yekunlaşan istintaqdan sonra eskhumasiya edilən cəsədlərin ad və soyadları bəlli olub. Onlar əvvəlki yerlərinə faciə baş verən əraziyə gətirilərək dəfn ediliblər. Dəfndə mərhunmların ailə üzvləri və yaxınları iştirak ediblər.

Baxış sayı: 5518 | Tarix: 07.09.2021
Bizi Telegramda izləyin: @repostaz